“Sabah”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin TNS klubuna qarşı keçirəcəyi oyunların yeri müəyyənləşib.
Prosport.Az xəbər verir ki, Azərbaycan çempionu rəqibini doğma stadionu olan “Bank Respublika Arena”da qəbul edəcək. Qarşılaşma iyulun 7-də və ya 8-də baş tutacaq.
Bir həftə sonra isə komandalar İngiltərədə üz-üzə gələcəklər. Belə ki, TNS təmsilçimizi ev oyunlarını keçirdiyi “Park Hall”da qəbul etməyi planlaşdırır. Bu arena İngiltərənin Uelslə sərhədində yerləşir.

