Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun karyerasını Rumıniyada davam etdirəcəyi dəqiqləşib.
Prosport.Az xəbər verir ki, "Petrolul" klubu 23 yaşlı müdafiəçini heyətinə qatdığını açıqlayıb.
Oyunçu ilə 2 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Cəlal Hüseynov son olaraq Bolqarıstanın "Arda" klubunda çıxış edib.

