"Qarabağ"ın UEFA Avropa Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki potensial rəqibləri dəqiqləşib.
Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisi I təsnifat mərhələsində İslandiyanın "Vestri" komandasını məğlub etsə MOİK (Bolqarıstan) - "Derri Sity" (İrlandiya) cütünün qalibi ilə görüşəcək.
Xatırladaq ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin oyunları 23 və 30 iyulda keçiriləcək. Qurban Qurbanovun komandası I raundu adlasa, bu mərhələdəki ilk matçını evdə keçirəcək.
11:19
"Qarabağ"ın UEFA Avropa Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki potensial rəqibləri azalıb.
Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisi I təsnifat mərhələsində İslandiyanın "Vestri" komandasını məğlub etsə, "Beşiktaş" (Türkiyə), "Tvente" (Niderland), "Tromse" (Norveç), "Hammarbü" (İsveç) və ya ÇSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə görüşəcək.
Xatırladaq ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin oyunları 23 və 30 iyulda keçiriləcək.

