Azərbaycanın qadınlardan ibarət millisi FIFA reytinqində 1 pillə geriləyib.
Prosport.Az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv hazırda 1317.93 xalla 75-ci sıradadır.
Siyahıda İspaniya seçməsi (2105.36) liderdir. ABŞ (2057.92) 2-ci, Almaniya (2028.99) 3-cüdür.
Xatırladaq ki, Azərbaycan millisi son olaraq dünya çempionatının seçmə mərhələsində Macarıstana uduzub (1:2), Şimali Makedoniyanı (3:1) məğlub edib.

