"Kəpəz"in baş məşqçisi təyinatı yubanır.
Prosport.Az-ın xəbərinə görə, Arif Əsədovun baş məşqçi kimi elan edilməsinin gecikməsi 55 yaşlı mütəxəssisin yekun qərar verməməsinə görədir.
Belə ki, Əsədov iyunun 20-dən sonra kluba "hə", ya "yox" cavabı verəcək. "Hə" cavabı versə, onun köməkçilərindən biri Elgiz Kərəmli olacaq. A.Əsədov onun atası Nazim Əliyevlə dostdur. Eləcə də "Şəfa"da köməkçi məşqçi işləmiş Zamir Həsənov, Toğrul Bilallı və Şahin Məmmədov onun assistentləri olmalıdır.
Bizdə olan məlumata görə, Arif Əsədovun qərarını gecikdirməsinə səbəb klub rəhbərliyinin və azarkeşlərin gəncəli məşqçi Mahmud Qurbanovun məşqçilər korpusuna daxil edilməsinə çalışmasıdır. O, öz istədiyi məşqçilər korpusu ilə çalışmaqda maraqlıdır.

