Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün yeni klubu müəyyənləşib.
Prosport.Az xəbər verir ki, Türkiyənin "Vanspor" klubu 27 yaşlı yarımmüdafiəçini heyətinə qatdığını açıqlayıb. Oyunçu ilə 2 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Ozan Can Kökçü son olaraq Niderlandda "Volendam"ın formasını geyinib. "Vanspor" Türkiyə I Liqasında mübarizə aparır.

