"Sabah"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Prosport.Az xəbər verir ki, Bakı klubu Uels təmsilçisi TNS-lə qarşılaşacaq.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək. Valdas Dambrauskasın baş məşqçisi olduğu "Sabah" ilk matçı evdə keçirəcək.
14:40
"Sabah"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.
Prosport.Az xəbər verir ki, Bakı klubunun mümkün rəqibləri 7-yə düşüb.
Bunlar İrlandiyanın "Şemrok Rovers", Finlandiyanın "KuPS", Cəbəllütariqin "Linkoln", Latviyanın "Riqa", Estoniyanın "Flora", Şimali İrlandiyanın "Larne" və Uelsin TNS klublarıdır.
Xatırladaq ki, I təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək.
10:28
"Sabah"ın UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsindəki rəqibi bu gün bəlli olacaq.
Prosport.Az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçiriləcək.
Tədbir Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Azərbaycan təmsilçisinin bu raunddakı potensial rəqibləri İrlandiyanın "Şemrok Rovers", Uelsin TNS, İslandiyanın "Vikinqur", Şimali İrlandiyanın "Larne", Finlandiyanın "KuPS", Qazaxıstanın "Kayrat", Moldovanın "Petrokub", Estoniyanın "Flora", Cəbəllüttariqin "Linkoln", Rumıniyanın "Universitatya", Farer adalarının "Klaksvik", Kosovonun "Drita", Bosniya və Herseqovinanın "Borats" və Latviyanın "Riqa" kollektivləridir.
Xatırladaq ki, I təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək.

