U-21 millimizin üzvü Lorenzo Mezzotero "Sampdoriya"nın əsas komandasına dəvət alıb.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, 18 yaşlı futbolçu daha əvvəl də əsas heyətlə məşqlərə çıxsa da, ilk dəfə təlim-məşq toplanışına aparılacaq.
İtaliya təmsilçisi yeni mövsümün hazırlıqlarına gənc forvardı da cəlb edib.
"Neftçi"nin yetirməsi özünü yaxşı tərəfdən göstərə bilsə, yeni mövsüm onu B seriyasında izləyə bilərik.
Forvard ilk dəfə U-21 yığmasının son toplanışına dəvət alıb.
O, Bəhreyn üzərində qələbə qazandığımız matçda (3:0) qol hesabını açmağı da bacarıb.

