Dünya çempionatının H qrupunda ilk turun oyunlarına start verilib.
Prosport.Az xəbər verir ki, İspaniya millisi Kabo-Verde ilə qarşılaşıb.
Görüşdə qapılara qol vurulmayıb. Tərəflər meydandan 0:0 hesablı heç-heçə ilə ayrılıblar.
Beləliklə, İspaniya və Kabo-Verde mundiala hərəyə 1 xalla başlayıblar.
Qeyd edək ki, H qrupunun digər oyununda Uruqvay Səudiyyə Ərəbistanı ilə üz-üzə gələcək.

