Albaniyanın “Partizani” klubunun futbolçusu Vüsal İsgəndərli karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Prosport.Az yerli mətbuata istinadən xəbər verir ki, Türkiyə I Liqasında çıxış edən “Vanspor” Azərbaycan millisinin üzvünü heyətinə qatmaq niyyətindədir. Klubun yaxın günlərdə 30 yaşlı vingerlə rəsmi danışıqlara başlaması gözlənilir.
2025-ci ilin yayından “Partizani”nin formasını geyinən İsgəndərli ötən mövsüm komandanın əsas oyunçularından biri olub. O, 2025/26 mövsümündə meydana çıxdığı 35 rəsmi qarşılaşmada 6 qol vurub, 3 məhsuldar ötürmə verib.
Qeyd edək ki, Vüsal İsgəndərli Azərbaycan millisinin də üzvlərindən biridir.

