"Kəpəz" klubu qapıçısı Məmməd Hüseynovla yolları ayırıb.
Prosport.Az xəbər verir ki, futbolçunun klubla müddəti başa çatan müqaviləsi yenilənməyib.
Qolkiperin artıq yeni klubu da bəllidir. O, Premyer Liqanın yeni iştirakçısı "Şəfa"ya keçib. Qapıçı ilə 1 illik müqavilə imzalanıb.
“Qarabağ”ın yetirməsi olan Məmməd Hüseynov “Zirə”də də oynayıb.
Qeyd edək ki, 2024-cü ilin yayında "Kəpəz"ə qoşulan 27 yaşlı qapıçı ötən mövsüm Azərbaycan Premyer Liqasında 7 matçda meydana çıxıb.

