Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        MMA
    "Qara canavar" yenidən Bakıda: "Növbəti dəfə tarix yazmağa hazıram"
    15.06.2026 14:13:59

    İyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək UFC turnirində braziliyalı Mateus Kamilo ilə qarşılaşacaq azərbaycanlı döyüşçü Nazim Sadıxov artıq Bakıdadır.

    Prosport.Az xəbər verir ki, idmançını Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşləri və yaxınları qarşılayıblar.

    Bakıya qayıtmasından məmnunluğunu ifadə edən Sadıxov bildirib: "Yenidən Bakıda olmaqdan çox xoşbəxtəm və növbəti dəfə tarix yazmağa hazıram. Komanda və sparrinq yoldaşlarım da mənimlə birlikdə gəliblər. Bu həftə hazırlıq prosesini yekunlaşdıracağıq, növbəti həftə isə çəkisalma mərhələsi başlayacaq. Qarşıda bizi 10 günlük gərgin iş gözləyir və biz bu hazırlığı ən yüksək səviyyədə başa çatdırmaq niyyətindəyik".

    2025-ci ildə Azərbaycanda keçirilən UFC turnirindəki uğurlu çıxışını xatırlayan döyüşçü bu dəfə hədəflərinin daha yüksək olduğunu vurğulayıb: "Ötən il mənim üçün çox uğurlu keçdi. Lakin bu dəfə daha yaxşı çıxış etmək, hər şeyi daha möhtəşəm və yaddaqalan etmək istəyirəm".

    Sonda azarkeşlərinə dəstəyə görə təşəkkür edən "Qara canavar" ləqəbli idmançı onları iyunun 27-də arenaya səsləyib: "Qara canavar" evinə qayıdıb! Sizi möhtəşəm bir döyüş gecəsi gözləyir, bu şounu qaçırmayın. Azarkeşlərə yaddaqalan bir performans göstərib, yenidən tarix yazacağam. Dəstəyiniz üçün hər birinizə təşəkkür edirəm!”.

    Qeyd edək ki, Bakıdakı UFC turnirində yüngül çəki dərəcəsində təmsilçimiz Rafael Fiziev və Manuel Torres oktaqonda üz-üzə gələcəklər.  2-ci əsas döyüşdə isə orta çəki dərəcəsində azarkeşlərin sevimlisinə çevrilmiş Şarabutdin Maqomedov ilə braziliyalı Mişel Pereyra güclərini sınayacaqlar. 

    Turnir çərçivəsində azərbaycanlı idmançı Fərman Həsənov da oktaqona çıxacaq. Onun rəqibi ABŞ təmsilçisi Erik Nolan olacaq.

    Döyüş növləri

    Azərbaycanın 2 boksçusu Avropa çempionatının yarımfinalında

    21.11.2026 12:43:57
    Döyüş növləri

    Daha bir paralimpiyaçımız dünya çempionatında medal qazandı

    21.11.2026 12:12:13
    Döyüş növləri

    Azərbaycanı Qazaxıstanda onlar təmsil edəcək - ADLAR

    20.11.2026 16:11:38
    Döyüş növləri

    "Tank" ləqəbli idmançımız çəkisini artırsa da, döyüş baş tutacaq

    20.11.2026 12:57:38
    Döyüş növləri

    Azərbaycan parataekvondoçusu dünya çempionu oldu

    20.11.2026 11:33:25
    Taekvondo

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcək - ADLAR

    19.11.2026 23:14:16
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved