"Sabah"ın Avstriyadakı yay təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərdən biri müəyyənləşib.
Prosport.Az gsp.ro saytına istinadən xəbər verir ki, Masazır təmsilçisi Rumıniyanın "Universitatya" (Krayova) klubu ilə qarşılaşacaq.
Krayova təmsilçisi ilə yoxlama görüşü iyunun 24-nə planlaşdırılıb.
Hər iki komanda yeni mövsümdə UEFA Çempionlar Liqasında mübarizə aparacaq. Rumıniya çempionu I təsnifat mərhələsində "Sabah"ın potensial rəqibləri sırasında yer alır.

