DÇ-2026-nın qrup mərhələsində E qrupunun ilk turunda Almaniya millisi Kurasao ilə qarşılaşıb.
Prosport.Az xəbər verir ki, Almanlar rəqibini 7:1 hesabı ilə məğlub edərək turnirə inamlı start veriblər. Görüşdə Almaniya yığmasının heyətində Feliks Nmeça, Niko Şlotterbek, Camal Musiala, Nataniel Braun və Deniz Undav fərqlənib. Kay Havertz isə dubla imza atıb.
Kurasaonun yeganə qolunu Livano Komenensiya vurub.
Qeyd edək ki, E qrupunun digər qarşılaşmasında Kot-d'İvuar və Ekvador milliləri üz-üzə gələcək. Matç Bakı vaxtı ilə iyunun 15-də saat 03:00-da başlayacaq.

