DÇ-2026-nın qrup mərhələsində keçirilən Braziliya – Mərakeş qarşılaşmasının ən yaxşı futbolçusu müəyyənləşib.
Prosport.Az FİFA-ya istinadən xəbər verir ki, matçın ən yaxşı oyunçusu adına Braziliya millisinin üzvü Vinisius Junior layiq görülüb.
Start heyətində meydana çıxan və qarşılaşmanı sonadək oynayan futbolçu komandasının yeganə qoluna imza atıb.
Qeyd edək ki, Braziliya ilə Mərakeş arasında keçirilən görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

