ABŞ millisinin müdafiəçisi Kris Riçards Paraqvayla oyunda diqqətçəkən performans sərgiləyib.
Prosport.Az “Sofascore”a istinadən xəbər verir ki, 4:1 hesabı ilə başa çatan qarşılaşmada futbolçu 83 ötürmənin hamısını dəqiq yerinə yetirib. Bu nəticə 1966-cı ildən bəri dünya çempionatları tarixində qeydə alınan ən yüksək 100 faiz ötürmə dəqiqliyi kimi qiymətləndirilir.
İngiltərənin “Kristal Pelas” klubunda çıxış edən 24 yaşlı müdafiəçi 2020-ci ildən ABŞ millisinin formasını geyinir.

