Qana Futbol Assosiasiyası və ölkə rəsmiləri Tomas Partinin Kanadaya buraxılmaması ilə bağlı qərardan narazıdır.
Prosport.Az xəbər verir ki, “Vilyarreal”ın formasını geyinən 33 yaşlı futbolçu bu səbəbdən dünya çempionatında Panama ilə keçiriləcək açılış oyununda komandasına kömək edə bilməyəcək. Görüş iyunun 17-də Torontoda baş tutacaq.
Qana hökuməti tətbiq olunan qadağanı əsassız hesab edir. Rəsmi şəxslər bildirirlər ki, futbolçu ilə bağlı Böyük Britaniyada araşdırma davam etsə də, onun haqqında hər hansı yekun məhkəmə qərarı yoxdur.
Kanada tərəfi isə Partinin ölkəyə daxil olmasına icazə verilməməsini immiqrasiya qanunvericiliyinin müvafiq müddəaları ilə əsaslandırır.
Qanalılar məsələni hüquqi müstəviyə çıxarmaqla yanaşı, diplomatik yollarla da həll etməyə çalışırlar.

