Madriddəki “Santyaqo Bernabeu” stadionunda “Real” və “İnter” klublarının əfsanəvi futbolçuları arasında xeyriyyə oyunu keçirilib.
Prosport.Az xəbər verir ki, qarşılaşma “Kral klubu”nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
13 iyun
“Real” – “İnter” 2:1
Qollar: Pepe, 69, David Barral, 75 – Ernanes, 41.
Qeyd edək ki, matçdan əldə olunan bütün gəlir “Real” Fondunun sosial və idman layihələrinə yönəldiləcək. Klubun açıqlamasına görə, fond dünyanın 100-dən çox ölkəsində həyata keçirilən 1400-dən artıq təhsil və sosial layihə vasitəsilə 400 minə yaxın insana dəstək göstərir.

