İngiltərəli hakim Maykl Oliver zədə səbəbindən DÇ-2026-da ilk təyinat aldığı oyunda iştirak edə bilməyəcək.
Prosport.Az xəbər verir ki, E qrupunun Fil Dişi Sahili – Ekvador qarşılaşmasını idarə etməli olan Oliveri fransalı referi Fransua Leteksye əvəz edəcək.
FİFA-nın açıqlamasında bildirilib ki, ingiltərəli hakimin zədəsi ciddi deyil və onun yaxın günlərdə tam sağalaraq yenidən oyunlara təyinat alması gözlənilir.
Qeyd edək ki, Maykl Oliver 2010-cu ildən İngiltərə Premyer Liqasının oyunlarını idarə edir. O, 2018-ci ildə UEFA-nın elit hakimlər siyahısına daxil edilib və son illərdə beynəlxalq futbolun ən tanınmış referilərindən biri hesab olunur.

