Braziliya millisinin və “Vasko da Qama”nın sabiq müdafiəçisi Brito vəfat edib.
Prosport.Az xəbər verir ki, 86 yaşında dünyasını dəyişən keçmiş futbolçunun ölümü ilə bağlı məlumatı Braziliya mətbuatı yayıb.
Brito Braziliya millisinin heyətində 61 oyun keçirib. O, 1970-ci il Dünya Kubokunda bütün matçlarda iştirak edərək komandasının çempionluğunda mühüm rol oynayıb.
Təcrübəli müdafiəçi klub karyerasında daha çox “Vasko da Qama”dakı çıxışları ilə yadda qalıb. O, müxtəlif illərdə “Flamenqo”, “Kruzeyro”, “Botafoqo”, “Korintians” və “Atletiko Paranaense” kimi klubların da formasını geyinib.

