Portuqaliya mətbuatı “Qarabağ”ın “Kaza Piya”nın müdafiəçisi Joao Qulartla maraqlanmaqda davam etdiyini yazıb.
Prosport.Az xəbər verir ki, 26 yaşlı mərkəz müdafiəçisi ilə Ağdam təmsilçisindən başqa daha bir neçə klub da maraqlanır. Portuqaliya yüksək liqasında yerini qoruyan “Kaza Piya” rəhbərliyi futbolçunun transferindən gəlir əldə etmək niyyətindədir və mümkün keçidə qarşı çıxmır.
Qulartın klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, bundan əvvəl Portuqaliya mətbuatı “Qarabağ”ın digər portuqaliyalı futbolçu Samuel Lobatu ilə müqavilə imzalamağa yaxın olduğunu da iddia etmişdi.

