DÇ-2026-nın D qrupunda keçirilən ABŞ - Paraqvay qarşılaşmasının ən yaxşı futbolçusu müəyyənləşib.
Prosport.Az FİFA-nın saytına istinadən xəbər verir ki, bu ada ABŞ millisinin hücumçusu Folarin Baloqun layiq görülüb.
24 yaşlı forvard sözügedən görüşdə dubl edərək komandasının qələbəsində mühüm pay sahibi olub.
Qeyd edək ki, ABŞ yığması Paraqvaya 4:1 hesabı ilə qalib gəlib və mundiala uğurlu start verib.

