“Araz-Naxçıvan”la müqaviləsini yeniləməyən Bəxtiyar Həsənalızadə “İmişli”də çıxış edəcək.
Prosport.Az futbolinfo.az-a istinadən xəbər verir ki, bölgə klubu futbolçuya rəsmi təklif göndərib.
Tərəflərin münasibətləri yaxın günlərdə rəsmiləşdirəcəyi gözlənilir. Həsənalızadə 2 illik müqaviləyə imza atacaq.
Qeyd edək ki, Bəxtiyar Həsənalızadə ötən mövsüm “Araz-Naxçıvan”ın heyətində 21 oyun keçirib və 1 qol vurub.

