Azərbaycan millisinin üzvü üçün İsraildə oynamaq imkanı yaranıb.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, Səbuhi Abdullazadə bu ölkədə legioner həyatı yaşaya bilərmiş.
Yüksək liqada mübarizə aparan “Makkabi” (Netanya) rəsmiləri Azərbaycan klubları ilə işbirliyində olan əcnəbi agent vasitəsi ilə “Sumqayıt”ın futbolçusu ilə maraqlanıb.
Səbuhiyə kifayət qədər yaxşı maliyyə şərtləri ilə təklif irəli sürülüb. 24 yaşlı yarımmüdafiəçi klubun adına diqqət yetirməyib. Ölkənin adını eşidən kimi ora yollanmaqdan boyun qaçırıb.
Bu da son vaxtlar İsraildə və yaxın ölkələrdə davam edən müharibə ilə bağlıdır.

