ABŞ prezidenti Donald Tramp milli komandanın DÇ-2026-dakı ilk matçında stadionda olmayacaq.
Prosport.Az xəbər verir ki, bu barədə Ağ Evin və DÇ-2026 Təşkilat Komitəsinin birgə işçi qrupunun rəhbəri Endryu Culiani açıqlama verib. O, prezidentin sıx iş qrafikini səbəb kimi göstərib.
“Prezident Tramp çox güman ki, ilk matçda olmayacaq. Onun qrafiki çox doludur”, - deyə Culiani bildirib.
Qeyd edək ki, ABŞ millisi dünya çempionatında mübarizəyə iyunun 13-də Paraqvaya qarşı keçiriləcək oyunla başlayacaq. Komanda qrup mərhələsində daha sonra Avstraliya və Türkiyə ilə üz-üzə gələcək.

