Misli Premyer Liqasında çıxış edən klublardan birinin təşəbbüsü ilə UEFA və CAS-a müraciət ünvanlanıb.
Prosport.Az Qol.az-a istinadən xəbər verir ki, müraciət UEFA-nın “Turan Tovuz”un 2026/27 mövsümündə avrokuboklarda iştirakını qadağan edən qərarı ilə bağlıdır.
Əldə olunan məlumata görə, Tovuz təmsilçisinin CAS-a etdiyi şikayətə dəstək məqsədilə hazırlanan məktubu “Turan Tovuz”dan başqa Misli Premyer Liqasında mübarizə aparan 11 klub, o cümlədən “Zirə” imzalayıb.
Məktubda “Turan Tovuz”un Azərbaycan futbolunun inkişafındakı rolu, son illərdə klubda görülən işlər və UEFA-nın qərarına səbəb olan proseslərin əvvəlki rəhbərlik dövrünə təsadüf etdiyi vurğulanıb.
Qeyd edək ki, “Turan Tovuz”un CAS-a təqdim etdiyi şikayətə iyunun 15-də baxılması gözlənilir. Həmin iclasdan sonra klubun avrokuboklarla bağlı taleyinə aydınlıq gələcək.

