"Qarabağ"ın futbolçusu Xoni Montielin komandadan ayrılmayacağı dəqiqləşib.
İspan futbolçu yeni mövsümə də Ağdam klubunda başlayacaq.
Məsələ burasındadır ki, onun Azərbaycanı tərk etmək üçün yetərincə təklifləri var.
Prosport.Az sportal.az-a istinadən xəbər verir ki, Xoni Montiel üçün "Qarabağ"a çoxlu sayda təklif gəlib.
Bir neçə gün əvvəl klub ispan üçün növbəti təklifi alıb. Amma "Qarabağ" onu buraxmayacağını qarşı tərəfə bildirib.
Qurban Qurbanov Montielə etimad göstərdiyi və onu yeni qurulacaq heyətdə həlledici oyunçulardan biri kimi gördüyündən futbolçunun gedişinə razı olmayıb.
27 yaşlı futbolçu 2025-ci ilin avqust ayından “Qarabağ”da çıxış edir. Onun müqaviləsinin müddəti 2027-ci il iyunun 30-na qədərdir. Klub bu müddəti daha 2 il artırmaq haqqına sahibdir.

