ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının A qrupunda ilk tura yekun vurulub.
Prosport.Az xəbər verir ki, qrupun 2-ci oyununda Cənubi Koreya millisi Çexiya yığması ilə qarşılaşıb. Görüş Asiya təmsilçisinin 2:1 heablı qələbəsi ilə başa çatıb.
Matçda hər 3 qol 2-ci hissədə vurulub. 59-cu dəqiqədə Çexiya millisinin müdafiəçisi Ladislav Kreyçi komandasını önə keçirib. Cənubi koreyalılar bu qola 67-ci dəqiqədə cavab veriblər. Xvan İn-Bom tarazlığı bərpa edib - 1:1. Bundan 10 dəqiqə sonra çexlər 2-ci dəfə fərqlənsələr də, ofsayd səbəbindən qol qeydə alınmayıb. Oyunda son nöqtəni isə O Hön Qü qoyub. Türkiyə "Beşiktaş"ının hücumçusu 80-ci dəqiqədə fərqlənməklə, Cənubi Koreya yığmasına əzmkar qələbə qazandırıb.
Bu qrupun ilk oyununda dünya çempionatının ev sahiblərindən olan Meksika millisi Cənubi Afrika Respublikası (CAR) yığmasına 2:0 hesabı ilə qalib gəlib. Bu nəticələrdən sonra A qrupunda Meksika (3 xal) birinci, Cənubi Koreya (3 xal) ikinci, Çexiya (xalı yoxdur) üçüncü, CAR (xalı yoxdur) dördüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatına iyulun 19-da yekun vurulacaq.

