“Kəpəz”in yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, Gəncə təmsilçisini Arif Əsədov çalışdıracaq.
Klub rəhbərliyi 2011-ci ildə “Neftçi”ni çempion etmiş təcrübəli çalışdırıcı ilə görüşərək bütün detalları müzakirə edib.
Tərəflər arasında böyük ölçüdə razılıq əldə olunub. 1-2 kiçik detal qalıb ki, onların həlli bir neçə gün vaxt aparacaq.
Əsədovun təyinatının bu həftənin sonuna qədər ictimaiyyətə təqdim olunacağı gözlənilir. Təbii ki, son anda hansısa gözlənilməzlik baş verməsə.

