İyunun 16-da AFFA rəsmi təqdimat keçirəcək.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, həmin gün yeni Texniki direktorun təyinatı olacaq.
Həmin şəxs Edmond Klausdur. Niderlandlı funksionerlə uzunmüddətli müqavilə nəzərdə tutulub. Çünki o, xüsusi layihə ilə tanış olduqdan sonra ölkəmizdə işləməyə razılıq verib.
56 yaşlı Klaus uzun illər Çin və Niderland Futbol Federasiyalarında, "Ayaks"ın futbol akademiyasında müxtəlif vəzifələrdə çalışıb.
Qeyd edək ki, bu vəzifə Cahangir Həsənzadə ilə müqavilə başa çatdıqdan sonra boşdur.

