"Qəbələ" klubu futbolçusu Adriel Ba Loua ilə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, kot d`İvuarlı yarımmüdafiəçinin başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
Qeyd edək ki, 2025-ci ilin yayından komandada çıxış edən Adriel Ba Lua bu müddətdə 35 oyunda 4 qol vurub. O, Azərbaycan Premyer Liqasında 30 (4 qol), pley-offda 1, ölkə Azərbaycan Kubokunda 4 matça çıxıb. Afrikalı yarımmüdafiəçi bu qarşılaşmalarda ümumilikdə 11 assistə imza atıb.

