“Qarabağ” 21 yaşlı braziliyalı hücumçu Daniel Troiano ilə müqavilə imzalamaq üçün danışıqlar aparır.
Prosport.Az yerli mətbuata istinadən xəbər verir ki, tərəflər arasında müzakirələr davam edir və transferin reallaşma ehtimalı böyükdür.
Oyunçu iyulun 18-də “Fortaleza” ilə müqaviləsi başa çatdıqdan sonra Azərbaycan klubuna keçəcək. Forvard hazırda “Floresta” klubunda icarə əsasında çıxış edir.
Keçid reallaşsa, “Qarabağ” transfer haqqı ödəməyəcək. Sərbəst futbolçu üçün klubuna yalnız yetişdirmə haqqı veriləcək.

