Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində qrupdakı son matçını keçirib.
Prosport.Az xəbər verir ki, yığmamız Bitola şəhərində Şimali Makedoniya millisinin qonağı olub.
Görüş Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamız ilk hissədə vurduğu qollarla üstünlüyü ələ alıb və fasilədən sonra hesabı qoruyaraq meydanı qələbə ilə tərk edib.
Millimizin heyətində qolları 8-ci dəqiqədə Kristina Bakarandze, 28-ci dəqiqədə Manə Mollayeva və 37-ci dəqiqədə Nigar Mirzəliyeva vurub. Qrupun digər matçında Macarıstan öz meydanında Andorranı 6:1 hesabı ilə darmadağın edib. Macarıstan 16 xalla qrup lideri kimi pley-offa vəsiqə qazanıb. Millimiz 12 xalla qrup 2-cisi olub.
Bununla belə, komandamız C Liqasının 3-cü qrupunda 2-ci olsa da, ən yaxşı 2-ci komandalar sırasına düşməyib və dünya çempionatının pley-off matçlarına qatılmaq şansını itirib.
