Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib.
Prosport.Az xəbər verir ki, yığmamız Qəbələ şəhər stadionunda Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qolunu Hikmət Cəbrayılzadə vurub.
Qeyd edək ki, bu oyun U-20 millisinin yeni baş məşqçisi Ruy Jorjenin rəhbərliyi altında keçirdiyi ilk qarşılaşma olub.

