ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi 2026-cı il dünya çempionatının keçiriləcəyi stadionlar müəyyənləşib.
Prosport.Az xəbər verir ki, turnir 16 stadionda təşkil olunacaq və ümumilikdə 104 oyun keçiriləcək. Mundialın açılış oyunu Mexikodakı “Asteka” stadionunda, final görüşü isə Nyu-Yorkdakı “MetLayf” stadionunda baş tutacaq.
ABŞ (11 stadion) – MetLayf, SoFi, AT&T, Levi's, Hard Rok, Mersedes-Bens, Lumen Fild, NRG, Jillet, Linkoln Faynenşl Fild, Errouhed
Kanada (2 stadion) – BMO Fild, Bi-Si Pleys
Meksika (3 stadion) – Asteka, Akron, BBVA
Qeyd edək ki, Monreal, Vaşinqton və Denver kimi şəhərlər yekun siyahıya daxil edilməyib.

