Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün 2-ci yoldaşlıq oyununa çıxacaq.
Prosport.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv San-Marino yığması ilə qarşılaşacaq.
Görüş Macarıstanın Sombathey şəhərində yerləşən "Haladaş" stadionunda, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Matçın baş hakimi macarıstanlı Marton Rus olacaq.
Xatırladaq ki, Azərbaycan millisi ilk yoldaşlıq oyununda Maltaya 2 cavabsız qolla uduzub.

