Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Sabah”ın yay hazırlıq planı məlum olub.
Prosport.Az xəbər verir ki, “bayquşlar” yeni mövsümün hazırlığına iyunun 17-də başlayacaq.
Avstriyanın Tirol bölgəsində baş tutacaq təlim-məşq toplanışı iyulun 3-dək davam edəcək.
Hazırlıq çərçivəsində 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Rəqiblər və oyunların tarixi ilə bağlı əlavə məlumat veriləcək.

