"Qarabağ" "Riyeka" klubunun qapıçısı Martin Zlomisliçi heyətinə qatmağa yaxındır.
Prosport.Az xəbər verir ki, bu haqda Xorvatiyanın germanijak.hr saytı məlumat yayıb.
Bosniya və Herseqovina millisinin də üzvü olan qolkiperə görə, Xorvatiya klubu təxminən 500 min avro gəlir əldə edəcək. Qapıçının yaxın günlərdə “Qarabağ”la müqavilə imzalayacağı vurğulanıb.
Qeyd edək ki, "Qarabağ"ın bosniya və herseqovinalı qapıçı ilə anlaşması barədə xəbəri ilk olaraq Prosport.Az saytı yayıb.

