Polşa millisinin qapıçısı Mateuş Koxalski "Qarabağ"dakı taleyinə aydınlıq gəlib.
Prosport.Az-ın əldə etdiyi məlumata görə, 26 yaşlı qolkiper Ağdam klubundan ayrılmağa qərar verib.
Artıq onu əzələyəcək yeni qapıçı bəllidir. "Köhlən atlar" Koxalskinin əvəzinə bosniya və herseqovinalı qolkiperlə anlaşıb. Hazırda oyunçunun adını dəqiqləşdirməyə çalışırıq.
Qeyd edək ki, Mateuş Koxalski 2024-cü ilin yayından "Qarabağ"ın formasını geyinir.

