“Qəbələ” müdafiəçisi Murad Musyevi heyətindən göndərib.
Prosport.Az futbolinfo.az-a istinadən xəbər verir ki, əyalət təmsilçisinin baş məşqçisi Kaxaber Sxadadze futbolçunu sərəncamında görmək istəməyib.
Murad Musayev isə “Şəfa” ilə müqavilə imzalayıb. O, Bakı klubu ilə 3 illik sözləşməyə qol çəkib. O, 6500 dollar maaş alacaq.
Paytaxt klubunun tezliklə rəsmi açıqlama verməsi gözlənilir.

