Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Döyüş növləri
    Azərbaycanlı qadın idmançı Avropa çempionatının finalında - FOTOLAR + VİDEO
    21.05.2026 18:26:24

    Almaniyanın Frankfurt şəhərində keçirilən karate üzrə Avropa çempionatının 2-ci günü Azərbaycan idmançısı Mədinə Sadıqova finala vəsiqə qazanıb.

    Prosport.Az-ın Frankfurta ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, 55 kq-da çıxış edən Mədinə əvvəlcə 1/16 finalda Adela Curma-Handlini (İngiltərə) 9:1, 1/8 finalda Ukrayna əsilli Kseniya Dronçankanı (Polşa) 2:0, 1/4 finalda isə Viola Lallonu (İtaliya) 8:4 məğlub edərək yarımfinala vəsiqə qazanıb. O, 1/2 finalda Neyra Sipoviçi 5:4 məğlub edərək finala vəsiqə qazanıb. 

    Bununla da Mədinə Sadıqova ölkə idman karatesi (WKF) tarixində milliyyətcə azərbaycanlı olub, Avropa çempionatının finalına çıxan ilk qadın idmançımız olub. O, şənbə günü finalda türkiyəli Zümra Rezzan İmlə qarşılaşacaq.

    Bu gün tatamiyə çıxan digər idmançılarımızdan Fatimə Məmmədova (50 kq) Patriçia Nastasa (Rumıniya) 0:6 uduzub. Bununla da o, turniri erkən başa vurub.

    60 kq-da çıxış edən Aslan Dostuyev əvvəlcə Orqes Arifiyə (Albaniya) 4:2 qalib gəlsə də, Aleksandar Vuçkoviçə 3:4 uduzub. Gənc idmançımız bürünc medal qazanmaq üçün qatıldığı təsəlliverici yarışda Andreas Qavrieli (Kipr) 8:1 məğlub edib. Lakin bürünc medal görüşündə isə Balşa Voyinoviçə (Monteneqro) 2:7 uduzaraq medalsız qalıb.
    Fərid Hacızadə (67 kq) da medalsız qalıb. O, ərəb əsilli Taha Beştiuini (İsveç) 8:2, Matey Belistoyanoskini (Şimali Makedoniya) 5:4 məğlub etsə də, Luka Mareskaya (İtaliya) 6:8 uduzub. O, təsəlliverici görüşdə Aleksandr Çapmoaleyə (Moldova) 0:9 uduzaraq medal şansını itirib.

    Bu gün həmçinin, kata kişi millimiz də mübarizə aparıb. Komandamız İsveçrəni 6:1 məğlub etsə də, güclü İtaliyaya 0:7 uduzub. Təsəlliverici görüşdə isə Portuqaliya ilə bacarmaq mümkün olmayıb – 1:6.

    Qeyd edək ki, bu gün qadın və kişi kumite millilərimiz də mübarizə aparacaq.

    Səbuhi Musa 
    Frankfurt

    Karate

    Dənizkənarı ərazidə karate seminarı keçirilib – FOTOLAR

    29.08.2026 15:52:07
    Karate

    Karateçilərimiz İstanbuldan 2 medalla qayıdır - FOTOLAR

    22.08.2026 18:50:23
    Karate

    Gəncədə “Olimpiya Ümidləri” beynəlxalq karate turniri keçirilib – FOTOLAR

    19.07.2026 21:46:08
    Karate

    Rafael Ağayevə ağır itki: atası dünyasını dəyişdi – FOTO

    13.07.2026 14:52:11
    Döyüş növləri

    Daha bir beynəlxalq turnir Bakıda keçiriləcək – Rafael Ağayev döyüşəcək

    7.07.2026 09:01:47
    Karate

    Azərbaycan Karate Federasiyasında yeni təyinat

    25.06.2026 19:47:31
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved