Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Karate
    Azərbaycanın 2 qadın karateçisi Avropa çempionatında bürünc medal üçün döyüşəcək
    21.05.2026 00:52:39

    Almaniyanın Frankfurt şəhərində keçirilən karate üzrə Avropa çempionatının ilk günü Azərbaycan idmançıları üçün yaxşı başlamayıb.

    Prosport.Az-ın Frankfurta ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Avropa çempionumuz İrina Zaretska finala çıxa bilməyib.

    Ukraynalı legionerimiz İrina Zaretska (68 kq) Lena Gülümyanı (Ermənistan) 9:5 məğlub etsə də, növbəti mərhələdə Sadea Beçiroviçə (Xorvatiya) 2:4 uduzaraq mübarizəni dayandırıb. O, bürünc medal üçün təsəlliverici yarışda Kosovo əsilli Era Kocaya (Şimali Makedoniya) 4:0 qalib gəlib. Beləliklə, İrina şənbə günü İrəvanda keçirilmiş ötən Avropa çempionatının finalçısı Maria Nieto (İspaniya) ilə qarşılaşacaq.

    Aysel Qasımova (+68 kq) 2 döyüş keçirə bilib. O, Şauna Mahondan (İrlandiya) 2:0 üstün olsa da, Yovana Damyanoviçə (Monteneqro) 3:5 uduzub və mübarizəni dayandırıb.

    Asiman Qurbanlı (+84 kq) Borxa Qutyeres Markesə (İspaniya) 1:0 və Suren Kosakyana (Ermənistan) 6:2 qalib gəlsə də, üçqat Avropa çempionu Ancelo Kvesiçə 1/4 finalda (Xorvatiya) uduzub – 0:0. Kvesiç finala çıxmadığından, idmançımız bürünc medal üçün təsəlliverici yarışa çıxa bilməyib.

    Turqut Həsənov (84 kq) yarışa inamla başlayıb. O əvvəlcə Şimon Seçkarı (Slovakiya) 5:1 və Vladimir Brejançiçi (Serbiya) 4:3 yenib. Onun 1/4 finalda yolunu İvan Kvesiç (Xorvatiya) kəsib – 3:6. Turqutun uduzduğu rəqib finala çıxmadığından, onun üçün yarış başa çatıb.

    Yarışda yarımfinala çıxan yeganə idmançımız sensasiyaya imza atan Gülay Orucova (61 kq) olub. O, ərəb  əsilli Məryəm Ajaraya (Belçika) 2:0, Aişə Zəkiyə Harşpatakiyə (Macarıstan) 8:2, Mar Trenado Martinesə (İspaniya) 5:3 qalib gəlib. İdmançımız yalnız yarımfinalda rusiyalı Altana Basanqovaya (EKF-1) 1:4 uduzaraq finaldan məhrum olub. O, şənbə günü Emina Sipoviçlə (Bosniya və Herseqovina) bürünc medal görüşünə çıxacaq.

    Rəşid Süleymanov (75 kq) isə ilk görüşdə Kilian Sizoya (Fransa) 3:4 uduzsa da, rəqibi finala çıxdığından, bürünc medal üçün təsəlliverici yarışa qatılıb. O ardıcıl olaraq Aleksandar Topuzoviçə (Serbiya) 12:10 və İsan Martinə (İspaniya) 2:1 qalib gəlsə də, rusiyalı Ernest Şarafutdinova (EKF-1) 1:8 uduzub.

    Katada dördqat Avropa bürünc medalçısı Roman Heydərov isə uğursuz debüt edib. O, yerli idmançı Moris Teloçkeyə (Almaniya) 3:4 uduzub.

    Qeyd edək ki, Azərbaycan 61-ci dəfə keçirilən Avropa çempionatında 23 idmançı ilə təmsil olunur. Bunlardan 16-sı fərdi yarışlarda medal qazanmağa çalışanlardır. 50 ölkədən 500-ə yaxın idmançının qatıldığı Avropa çempionatına mayın 24-də yekun vurulacaq.

    Bu gün yarışda kata kişi komandamız, eləcə də kumitedə – kişilər 60 kq və 67 kq-da, qadınlar 50 kq və 55 kq çəki dərəcələrində mübarizə aparacaq. Həmçinin, kumite qadın komandamız Şotlandiya, kişi komandamız isə İspaniya ilə qarşılaşacaq.

    Səbuhi Musa 

     

    Döyüş növləri

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19
    Döyüş növləri

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25
    Döyüş növləri

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04
    Döyüş növləri

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32
    Güləş

    Hacı Əliyev ABŞ-dəki turnirdə yenə uduzdu

    19.09.2026 12:37:36
    Boks

    Avropa çempionatı: Daha 2 boksçumuz mərhələ adladı

    19.09.2026 10:51:27
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved