Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Karate
    Mirəli Seyidovun xatirə turniri start götürdü
    17.05.2026 23:30:42

    Azərbaycanın Əməkdar Məşqçisi, mərhum Mirəli Seyidovun əziz xatirəsinə həsr olunmuş "Kyokuşin (Kay) Senşi Karate" üslubu üzrə turnirinin təntənəli açılış mərasimi keçirilib.

    Prosport.Az xəbər verir ki, turnirin açılış mərasimində ölkənin idman ictimaiyyətinin tanınmış nümayəndələri, rəsmi şəxslər, veteran idmançılar, məşqçilər, hakimlər, müxtəlif idman klublarının təmsilçiləri, eləcə də idmançıların ailə üzvləri iştirak ediblər.

    Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Açılış mərasimində çıxış edən Milli Məcilisin deputatı,  Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev mərhum Mirəli Seyidovun Azərbaycan idmanının inkişafında xüsusi xidmətlərindən danışıb. O bildirib ki, Mirəli Seyidov uzun illər ərzində karate idman növünün inkişafı, gənclərin vətənpərvərlik ruhunda formalaşdırılması və sağlam həyat tərzinin təbliği istiqamətində mühüm fəaliyyət göstərib.

    Ülvi Quliyev qeyd edib ki, Mirəli Seyidov yalnız peşəkar məşqçi deyil, həm də yüksək insani keyfiyyətlərə malik nüfuzlu bir şəxsiyyət olub. Onun yetirmələrinin müxtəlif yerli və beynəlxalq turnirlərdə qazandıqları uğurlar Azərbaycan idman tarixində özünəməxsus yer tutur. Deputat vurğulayıb ki, belə yarışların təşkili həm gənclərin idmana marağının artırılması, həm də tanınmış idman xadimlərinin xatirəsinin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.

    Turnirdə ümumilikdə 400-ə yaxın idmançı müxtəlif yaş və çəki dərəcələri üzrə mübarizə aparır. Yarışlarda respublikanın müxtəlif bölgələrini təmsil edən klubların karateçiləri iştirak edirlər.

    Tədbir çərçivəsində mərhum Mirəli Seyidovun ailə üzvlərinə Azərbaycan Karate Federasiyası tərəfindən plaketlər, fəxri sertifikatlar və xatirə hədiyyələri təqdim olunub. Eyni zamanda, bir sıra məşqçi və idmançılar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar.

    Sonda çıxış edən qonaqlar Mirəli Seyidovun xatirəsinin daim ehtiramla yad ediləcəyini vurğulayıb, turnirin təşkilatçılarına təşəkkürlərini bildiriblər.

    Karate

    Dənizkənarı ərazidə karate seminarı keçirilib – FOTOLAR

    29.08.2026 15:52:07
    Karate

    Karateçilərimiz İstanbuldan 2 medalla qayıdır - FOTOLAR

    22.08.2026 18:50:23
    Karate

    Gəncədə “Olimpiya Ümidləri” beynəlxalq karate turniri keçirilib – FOTOLAR

    19.07.2026 21:46:08
    Karate

    Rafael Ağayevə ağır itki: atası dünyasını dəyişdi – FOTO

    13.07.2026 14:52:11
    Karate

    Daha bir beynəlxalq turnir Bakıda keçiriləcək – Rafael Ağayev döyüşəcək

    7.07.2026 09:01:47
    Karate

    Azərbaycan Karate Federasiyasında yeni təyinat

    25.06.2026 19:47:31
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved