"Sabah" Azərbaycan Basketbol Liqasının final seriyasında 2-ci qələbəsini qazanıb.
Prosport.Az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu komanda "Abşeron Layns"ı məğlub edib.
Qarşılaşma 112:84 hesabı ilə bitib.
Xatırladaq ki, ilk görüşdə də "Sabah" rəqibini üstələyib - 98:93. Final seriyasında 3 qələbəyə çatan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olacaq.

