Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Perspektivli komandamız var, daha da güclənəcəyik" – Aqil Nəbiyev
    30.04.2026 14:58:25

    17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev Qazaxıstanın Çimkənd şəhərində təşkil olunan UEFA İnkişaf Turniri ilə bağlı fikirlərini bölüşüb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis AFFA-nın mətbuat xidmətinə açıqlamasında səfərə tam heyətlə yollana bilmədiklərini və qısa müddətdə ardıcıl 3 oyun keçirdiklərini bildirib: “Hazırkı yaş qrupu sonuncu dəfə ötən ilin oktyabrında Qəbələdə təşkil olunan MDB Oyunları zamanı bir araya gəlmişdi. Düzdür, toplanışlar tez-tez olsa, çatışmazlıqları daha erkən aradan qaldıra bilərik. Budəfəki toplanışa aprelin 20-də başladıq və qısa müddət ərzində ardıcıl 3 oyun keçirdik. Bir neçə əsas futbolçumuz heyətdə deyildi. U-20 millinin toplanışına qatılanlar və zədəlilər var idi. Əli Bəşirov, Bilal Hacıyev, Uğur Qurbanlı və Mehdi Mütəllimlini qeyd edə bilərəm. Əlbəttə ki, onların yoxluğu bizə müəyyən çətinliklər yaratdı. Buna baxmayaraq, keçirdiyimiz 3 oyundan ikisində qələbə qazandıq”.

    Nəbiyev Rusiya, Qazaxıstan və Pakistan yığmalarına qarşı baş tutan matçları dəyərləndirib: “Rusiya yığmasına qarşı keçirdiyimiz ilk görüşün 1-ci hissəsi 0:0 hesabı ilə yekunlaşdı. Fasilədən sonra heyətdə ardıcıl əvəzetmələrə əl atdıq. Dəyişikliklərdən sonra oyunumuzda, futbolçuların fiziki durumunda eniş yaşandı. Ancaq yenə də komanda toparlanaraq ardıcıl 2 qələbə qazandı. 6 aylıq fasilədən sonra toplanaraq turnirə hazırlaşmaq həm bizim, həm də futbolçular üçün çətin oldu. Bu yaş qrupu ilə səfərdə ilk beynəlxalq turnirə qatılmışdıq. Buna görə də futbolçularda həyəcan, stress var idi. Həm texniki, həm də fiziki çatışmazlıqları barədə onları məlumatlandırmışıq, həmçinin klubları ilə də görüşəcəyik”.

    U-17-nin baş məşqçisi noyabrda Almaniya, Şimali İrlandiya və Litva yığmalarına qarşı keçiriləcək Avropa çempionatının seçmə mərhələ matçlarına qədər komandanın hazır olacağına inandığını vurğulayıb: “İlin sonlarında Avropa çempionatının seçmə mərhələsində çıxış edəcəyik. Çətin qrupa düşmüşük. Rəsmi oyunlara qədər baş tutacaq toplanışlarda problemləri aradan qaldırmağa çalışacağıq. Perpektivli komandamız var, daha güclü olacaq potensiala malikik”.

    Qeyd edək ki, U-17 UEFA İnkişaf Turnirində Rusiya (0:5) yığmasına məğlub olub, Qazaxıstan (1:1, Penaltilərlə 4:2) və Pakistan (1:0) seçmələrinə isə qalib gəlib.

    Futbol

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi

    20.09.2026 18:32:29
    Futbol

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51
    Futbol

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09
    Futbol

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05
    Futbol

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18
    Futbol

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37

    "Şamaxı" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qarşı

    20.09.2026 10:00:11

    Mahir Emreli 80 dəqiqə oynadı, komandası uduzdu

    19.09.2026 23:40:14

    Şahmat yığmalarımızdan Səmərqənddə 1 heç-heçə, 1 qələbə

    19.09.2026 23:16:20

    "Borussiya" və "Qarabağ"la oynayacağıq, Çempionlar Liqasına xoş gəlmisiniz" – Valdas Dambrauskas

    19.09.2026 22:44:48

    "Qapıçını irəli göndərən mən idim" – Fərid Namazov

    19.09.2026 22:16:44
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved