“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Türkiyəyə yollanıb.
Prosport.Az xəbər verir ki, litvalı mütəxəssis basketbol üzrə Avroliqanın pley-off matçı çərçivəsində keçirilən “Fənərbağça” – “Jalqris” matçını izləyib.
İstanbuldə baş tutan görüş Türkiyə klubunun qələbəsi ilə başa çatıb – 89-78.

