Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    Avropa fatehləri vətəndə: "Bu uğurla kifayətlənməyəcəyik"
    28.04.2026 16:17:24

    Albaniyanın paytaxtı Tiranada komanda hesabında Avropa çempionu olan sərbəst güləş üzrə milli vətənə qayıdıb.

    Prosport.Az xəbər verir ki, 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan yığmamız üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda təntənəli qarşılanma mərasimi keçirilib.

    Xetaq Qazyumov (baş məşqçi):
    “Komandamızın hesabında Avropa çempionu olduğumuz üçün çox xoşbəxt və qürurluyuq. Çempionluğumuz komanda olaraq birgə işləməyimizin nəticəsidir. Bizə daim və qayğı göstərən Azərbaycan Güləş Federasiyasına, Gənclər və İdman nazirliyinə, Milli Olimpiya Komitəsinə, eləcə də bizi dəstəkləyən, bizim üçün dua edən və bizim üçün həyəcan keçirən hər kəsə öz minnətdarlığımı bildirirəm. Bu qələbə münasibətilə məşqçiləri, idmançıları və həkim heyətini təbrik edirəm. Təbii ki, bu uğurla kifayətlənməyəcəyik. Hər birinin əməyi və zəhməti böyükdür. İndi bir az istirahət edəcəyik. Ondan sonra isə dünya çempionatının hazırlığına start verəcəyik. Növbəti qələbələrlə azarkeşlərin etimadını doğrultmağa çalışacağıq”.

    Elçin Zeynalov (Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi):
    “İdmançılarımız Azərbaycan xalqını sevindirdi. Komandamız Avropa çempionu oldu. Buna görə məşqçilərimizi, idmançılarımızı və xalqımızı təbrik edirəm. Allah onlara uzun ömür versin. Arzu edirəm ki, Olimpiya Oyunlarında da qızıl medal qazanarlar”.

    İslam Bazarqanov (Avropa çempionu):
    “Avropa çempionatı olduğum üçün çox xoşbəxtəm. İki dəfə bürünc medal qazanmışdım. Allah şükür ki, bu dəfə medalın əyarını qızıla çevirə bildim. Rəqibim güclü idi. Sevinirəm ki, dünya çempionatındakı məğlubiyyətin revanşını ondan ala bildim. Ən çətin görüşüm finalda oldu. 8:0 öndə idim. Rəqib tempi artıraraq fərqi azaltdı. Arxayınlaşmaq olmazdı”.

    Ali Tsokayev (Avropa çempionu):
    “Bu, böyüklərin Avropa çempionatında ilk çıxışım idi. Çox sevinirəm ki, debütümdə qızıl medal qazandım. Bu uğurumd Azərbaycan Güləş Federasiyasının rolu böyükdür. Ona görə də qələbəmi federasiyamıza və qələbəmə sevinən azarkeşlərə həsr edirəm. Dünya çempionatından da qızıl medal gözləyirəm. Bunun üçün məşqçilərimizin dəstəyilə öz üzərimdə çox çalışacağam”.

    Giorgi Meşvildişvili (Avropa çempionu):
    “Titulumu qorudum. Bu qələbə münasibətiylə Azərbaycana, Azərbaycan Güləş Federasiyasına və məşqçi heyətinə öz minnətdarlığımı bildirirəm. Nə qədər ki, karyeramı davam etdirəcəyəm, hər zaman Azərbayacan güləşinə fayda verməyə çalışacağam”.

    Turan Bayramov (Avropa 2-cisi):
    “5 ildən sonra yenidən Avropa çempionatının finalına yüksəldim. Təbii ki, hədəfim qızıl medal idi. Minimal fərqlə məğlub oldum. Şükür, yenə medalsız qalmadım. 74 kq-da güclü rəqabət var. İnanıram ki, məşqlərimi daha da gücləndirərək dünya çempionatında bu gümüşü qızıla çevirəcəyəm. Millimiz həqiqətən çox güclüdür. Bütün çəkilər üzrə təmsilçilərimiz reytinq cədvəlində ilk dördlükdə yer alır. Bu da yığmamızın nə qədər güclü olduğu göstərir”.

    Arseni Cioyev (Avropa 2-cisi):
    “Çox sağ ol, Azərbaycan. Dəstəyinizə görə minnətdaram. Allaha şükür edirəm ki, məni gümüş medalla mükafatlandırdı. Azərbaycan Güləş Federasiyasına minnətdarlığımı bildirirəm. Bu müddət ərzində federasiya bizim üçün hər cür şərait yaratmışdı. Çəkdiyimiz zəhmət onu göstərdi ki, biz doğru yoldadıq. Allahın köməyi ilə, tezliklə, gümüş medalın əyarını qızıla çevirəcəyəm. Bu qələbədə zəhməti olan bütün məşqçi heyətinə təşəkkür edirəm”.

    Cəbrayıl Hacıyev (Avropa 3-cüsü):
    “Azərbaycan xalqına bizə göstərdikləri dəstək üçün təşəkkür edirəm. Komanda hesabında birinci olduq. Federasiyaya, məşqçi heyətinə və həkimlərə öz minnətdarlığımı bildirirəm. Yarımfinalda müəyyən səhvlər etdim. Hazırlıqlarda bu səhvlər üzərində çalışacağam. Qarşıdan dünya çempionatı gəlir. Orada qızıl medal qazanmaq istəyirəm. Bu, mənim Avropa çempionatında ikinci çıxışım idi. 2022-ci ildə məğlub olmuşdum. İndi isə ilk medalımı qazandım”.

    Osman Nurməhəmmədov:
    “Bu, 97 kq-da çıxış etdiyim ilk Avropa çempionatı idi. Rəqibim olimpiya, dünya mükafatçısı və 3 qat Avropa çempionu idi. Görüş mənim üçün çətin keçdi. Fiziki baxımdan gücüm çatmadı. İlin sonuna qədər fiziki gücümü möhkəmləndirəcəyəm. Dünya çempionatından əvvəl reytinq turnirində iştirak edəcəyik. Həmin yarışda bu çəkidə özümü sübut etsəm, o zaman dünya çempionatında iştirak etməyimi uyğun görəcəklər. Sərbəst güləşdə ən rəqabətli çəkilərdən biri 97 kq-dır. Fürsətdən istifadə edib, 2025-ci ilin nəticələrinə görə Avropanın ən yaxşı sərbəst güləş məşqçisi seçilmiş Xetaq Qazyumova təşəkkürümü bildirirəm”.

    Güləş

    AGF dünya çempionatı üçün əsas hədəfi müəyyənləşdirdi

    22.07.2026 13:26:11
    Güləş

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    22.07.2026 12:36:12
    Güləş

    "Bakıdakı dünya çempionatı güləşçilərimiz üçün bir şansdır" - Namiq Abdullayev

    22.07.2026 12:09:18
    Güləş

    Ermənistan millisi Bakıya gəlir

    21.07.2026 20:22:08
    Güləş

    Hacı Əliyev dünya çempionatı ilə bağlı proqnozunu açıqladı

    20.07.2026 13:44:20
    Güləş

    Qadın güləşçimiz reytinq turnirində ilk dəfə medal qazandı

    17.07.2026 23:07:44
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah" sabiq futbolçusunu CAS-a şikayət etdi

    22.07.2026 15:12:42

    Çempionlar Liqası: "Neftçi" penaltilərlə finala adladı

    22.07.2026 14:52:29

    Avrokuboklarda yeni rekord - 7 oyun, 7 qələbə

    22.07.2026 14:13:10

    "Klubun adını çəkən kimi dedi, "get" - Leandro Andrade

    22.07.2026 13:48:46

    AGF dünya çempionatı üçün əsas hədəfi müəyyənləşdirdi

    22.07.2026 13:26:11

    "Neftçi"nin istəmədiyi futbolçu Serbiya klubunda

    22.07.2026 12:57:52

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    22.07.2026 12:36:12

    "Bakıdakı dünya çempionatı güləşçilərimiz üçün bir şansdır" - Namiq Abdullayev

    22.07.2026 12:09:18

    Mahir Emreli UEFA heyətinə daxil edilməyib

    22.07.2026 11:44:13

    Millimizin Avropa çempionatındakı oyun təqvimi açıqlandı

    22.07.2026 11:13:39

    “Bizim üçün yeganə müsbət nəticə qələbədir” – MOİK-in futbolçusu

    22.07.2026 10:39:55

    "Neftçi" Konfrans Liqasında mübarizəyə başlayır

    22.07.2026 10:13:06

    Azərbaycan UEFA reytinqində mövqeyini möhkəmləndirdi

    22.07.2026 09:36:13

    Çempionlar Liqasında gecənin nəticələri

    22.07.2026 09:06:09

    İTV növbəti dünya çempionatını da yayımlayacaq

    21.07.2026 23:16:10
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved