Azərbaycanın 4 sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının finalına yüksəlib.
Prosport.Az xəbər verir ki, Turan Bayramov (74 kq), Arseni Cioyev (86 kq), Ali Tsokayev (92 kq) və Giorgi Meşvildişvili (125) adlarını həlledici görüşə yazdırıblar.
Yarımfinalda uduzan Nürəddin Novruzov (61 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Avropa çempionatına aprelin 26-da yekun vurulacaq.

