"Bu yarışa çox güclü hazırlaşmışdıq. Məqsədim çempion olmaq idi".
Prosport.Az xəbər verir ki, bu sözləri Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanan Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva (57 kq) deyib.
Avropa 3-cüsü təəssüratlarını bölüşüb: " Ötən il də yarimfinalda zədələndiyim üçün görüşü davam etdirə bilməmişdim. Bu dəfə çempion olmaq istəyirdim. Təəssüf ki, alınmadı. Müəyyən səhvlərə yol verdim. Bu səhvlərin üzərində çalışıb, əlimdən gələnin ən yaxşısını edəcəyəm"”.

