Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    Yunan-Roma güləşi üzrə millimizin 3 üzvü Avropa çempionatının FİNALINDA
    21.04.2023 20:23:53

    Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir.

    Prosport.Az xəbər verir ki, 5-ci yarış günündə yunan-Roma güləşi üzrə 5 çəkidə mübarizəyə start verilib.

    Eldəniz Əzizli (55 kq) yarışa 1/4 finaldan qoşulub və bolqarıstanlı Stefan Qriqorova elə ilk hissədə tam üstünlüklə qalib gəlib – 9:0. Əzizli yarımfinalda rumıniyalı Denis Mihayı da vaxtından əvvəl məğlub edərək 3-cü dəfə Avropa çempionatının finalına vəsiqə qazanıb. Millimizin kapitanı finalda türkiyəli Adəm Burak Uzunla qarşılaşacaq.

    Taleh Məmmədov (63 kq) da mübarizəyə 1/4 finaldan start verib və italiyalı Yakopo Sandronu 4:1 hesabıyla məyus edib. Məmmədov yarımfinalda ermənistanlı Qraçya Poqosyana növbəti dəfə qalib gələrək (5:1) ardıcıl 3-cü dəfə Avropa çempionatının finalına yüksəlib. Taleh həlledici görüşdə gürcüstanlı Leri Abuladzeylə üz-üzə gələcək.

    Sənan Süleymanov (77 kq) 1/8 finalda macarıstanlı Joltan Levaya müqavimət göstərə bilməyib – 0:8.

    İslam Abbasov (87 kq) təsnifat mərhələsində Fransanı təmsil edən Turpal Məhəmmədova tam üstünlüklə qalib gəlib – 9:0. Avropa çempionatının gümüş medalçısı 1/8 finalda ispaniyalı Daniel Ereronu da eyni hesabla üstələyib. Ancaq 1/4 finalda türkiyəli Ali Cengizə sonuncu xal (1:1) prinsipinə əsasən uduzub. Rəqib finala yüksəldiyi üçün Abbasov bürünc medal uğrunda gürcüstanlı Laşa Qobadzeylə mübarizə aparacaq.

    Sabah Şəriəti (130 kq) 1/8 finalda macarıstanlı Dariuş Viteklə gərgin keçən mübarizədə sevinən tərəf olub – 5:4. Təmsilçimiz 1/4 finalda rumıniyalı Avropa çempionu və dünya üçüncüsü Alin Kyuraryu üzərində inamlı qələbə qazanıb – 9:3. Şəriəti yarımfinalda gürcüstanlı Yakobi Kajayaya sonuncu xal prinsipinə (1:1) əsasən qalib gələrək ilk dəfə Avropa çempionatının finalına adlayıb. Həlledici görüşdə milli üzvü üçqat Olimpiya mükafatçısı, dəfələrlə dünya və Avropa çempionu olmuş Rıza Kayaalpla (Türkiyə) güləşəcək.

    Qeyd edək ki, medal qarşılaşmaları sabah Bakı vaxtı ilə 20:00-da başlayacaq.

    Güləş

    Güləş yığmamız Gürcüstanda çempion oldu

    20.11.2026 14:15:26
    Güləş

    Hacı Əliyev uşaqlara bələdçilik etdi - FOTOLAR

    19.11.2026 14:17:56
    Özəl xəbər

    Azərbaycan güləşçiləri Ermənistana gedəcək – EKSKLÜZİV

    18.11.2026 09:02:08
    Güləş

    Bakıdakı dünya çempionatının proqramı açıqlandı

    17.11.2026 19:22:55
    Güləş

    Baş katib ABŞ-yə niyə getmişdi? – FOTOLAR

    16.11.2026 16:47:23
    Güləş

    Azərbaycan Güləş Federasiyasında növbəti iclas

    16.11.2026 16:16:49
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Barselona"nın Bakıya səfər planı - Laporta da gəlir

    23.11.2026 11:07:01

    Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalında

    23.11.2026 10:50:56

    "Bəxt bizim tərəfimizdə deyildi" – "Kəpəz"in qapıçısı

    23.11.2026 10:24:41

    "Azərbaycana uzaq səfər bizi narahat etmir" - Hansi Flik

    23.11.2026 10:00:47

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved